Maliyyə Nazirliyi tərəfindən keçirilən hərrac ölkəmizdə ilk təcrübədir. Mərkəzi Bank da bunu təsdiqləyir.
ABB-nin sədri: "Biz öz vəsaitimiz hesabına da ipoteka krediti veririk"
FED.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.
O bildirib ki, Maliyyə Nazirliyinin keçirdiyi bu hərrac ölkəmizdə ilk belə təcrübədir və bu alqışlanan bir təcrübədir. AMB də həmçinin bunu dəstəkləyir. İki hərrac vasitəsilə 1,5 milyardlıq yerləşdirilmə olub sistem əhəmiyyyətli banklara. AMB digər bankların da hərraclara cəlb olunması ilə bağlı Maliyyə Nazirliyi ilə danışıqlar aparır.
"Hal-hazırda iki hərracda sistem əhəmiyyətli banklar iştirak edib o cümlədən ABB iştirak edib. Bizim cəlb etdiyimiz vəsait 500 milyona yaxındır səhv etmirəmsə 485 milyon.
Bu vəsaitlərin bazarda kredit faizlərinə təsirinə gəlincə bu təzə təcrübədir. Burda davamlılıq çox vacibdirki bu davamlı olsun və bazara yeni bir likvidlik daxil olsun . İlk təcrübənin nəticəsi olaraq məhdud bir təsir proqnozlaşdırmaq olar. Birincisi bu vəsait ümumi bank sektorunun öhdəlikləri arasında kiçik qalır. Amma bu davamlı olarsa, məbləğlər biraz fərqli olarsa bəlkə məhdud təsirdən kənara gedə bilər amma bir məsələ də nəzərə alınmalıdır ki, bu xəzinədə qalıqlarda olan vəsaitlərin müvəqqəti yerləşdirilməsidir. Burda uzunmüddətli yerləşdirmədən söhbət gedə bilməz. Nəzərə alsaq məbləğ kiçikdir davamlılıq ilə bağlı bazarda gözləntilər yoxdur eyni zamanda müddətdə azdır ona görə də hələlik məhdud təsirdən söhbət gedə bilər. Amma hər bir halda likvidlik likvidlikdir, ehtimal edirik ki, bankların bu vəsaitlərə əlçatanlığı müəyyən dərəcədə faiz dərəcələrinə ən azından uzun dönəmdə təsir edəcək"- deyə o əlavə edib.