Jurnalistlərə açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) sağlamlaşdırılması tədbirlərinin 2017-ci ildə də davam edəcəyini bildirib.
O, bu məqsədlə Bankın menecmenti və əsas səhmdarı olan Maliyyə Nazirliyinin yeni sağlamlaşdırma proqramı hazırlayıb, Palataya təqdim etdiyini deyib: “Ümid edirəm ki, bu proqram hesabına ABB-nin sağlamlaşdırılması prosesi gələn ilin sonuna qədər başa çatdırılacaq. Proqramın məqsədi Bankın dayanıqlı gəlirlər əldə etməsidir. Onu da deyim ki, hazırda ABB idarə olunacaq səviyyəyə qədər kiçildilib, onun müəyyən aktivləri, öhdəlikləri bank sektorunun digər təmsilçilərinə ötürülür”.
ABB-nin nə vaxt özəlləşdirilməsinə gəlincə isə, MBNP sədri konkret tarix deməyib: “Biz maraqlıyıq ki, bazarda yalnız özəl banklar qalsın”.