Şuşada “Shusha Chess 2022” beynəlxalq şahmat turnirinin bağlanış mərasimi olub.
Eləcə də bax: ABB ilə dünya çempionatına - GET!
FED.az xəbər verir ki, sentyabrın 21-dən start götürən turnir iki kateqoriyada - kişilər və qadınlar arasında keçirilib. Hər kateqoriya üzrə 10 şahmatçı rapid və blits üzrə mübarizə aparıb. Kişilər arasında 26 xalla Şəhriyar Məmmədyarov qalib olub. Qadınların yarışında isə gürcü şahmatçısı Meri Arabidze 24 xalla birinci yeri tutub.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası, Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, SOCAR-ın baş sponsorluğu ilə keçirilən turnirə ABB və “Azərxalça” da dəstək verib.
Bu, Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşada təşkil edilmiş ilk beynəlxalq şahmat turniri idi. Turnir görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuşdu.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.