"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) Rusiyadakı törəmə bankı olan “Azərbaycan Beynəlxalq Bankı – Moskva”nın Müşahidə Şurasının rəhbərliyində dəyişiklik olub.
ABB-dan FED.az-a verilən məlumata görə, bankın Müşahidə Şurasının sədri vəzifəsinə Zaur Fəxrəddin oğlu Qaraisayev təyin edilib. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan Zaur Qaraisayev bank sektorunda 1998-ci ildən fəaliyyət göstərir. 2017-ci ilə qədər “Bank of Baku” ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb. Bu ilin yanvarından “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədrinin müşaviridir.
Daha bir dəyişikliklə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Aqşin Zəkəray oğu Əmirov "ABB-Moskva"nın Müşahidə Şurasının üzvü təyin edilib.
"ABB-Moskva" Bankı 2002-ci ildə Azərbaycan hökumətinin dəstəyi ilə yaradılıb və universal kommersiya bankı kimi fəaliyyət göstərir. Bankın səhmləri Azərbaycan Beynəlxalq Bankına məxsusdur.
"ABB-Moskva"ya yeni sədr təyin edilib
16:30
14 Mart 2017