"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Rusiyadakı törəməsi olan "ABB-Moskva" iyunun 1-dən etibarən "İBA-Express" ilə pulköçürmə xidmətini dayandıracaq.
Bu barədə "ABB-Moskva"dan məlumat verilib.
Bildirilir ki, bununla əlaqədar olaraq bank mayın 14-dən “İBA-Express”in fiziki şəxslər üçün hesab açılmadan pulköçürmə xidmətlərini həyata keçirən məntəqələrinin bir qismini bağlayacaq.
Xatırladaq ki, bankın səhmdarlarının martın 14-də keçirilmiş ümumi yığıncağında “Bank “MBA-Moskva”, “ABB-Gürcüstan” və “Biznes-Rabitə” MMC-nin fəaliyyətinin dayandırılması qərara alınıb.