Azərbaycan Beynəlxalq Bankının bəzi filial və şöbələri Bakıda ilk dəfə keçirilən Ticarət festivalı - “Baku Shopping Festival” ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmət göstərir.
Bankdan FED.az-a verilən məlumata görə, bunlar Mərkəzi (Tağıyev küçəsi -3), Nəsimi (28 May küçəsi - 21A), Səbail (Lev Tolstoy küçəsi- 191), Qaradağ filialı (Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi 76A) və 10 saylı Hava limanı şöbəsidir (Heydər Əliyev adına Hava Limanı). Müştərilər 10 may tarixinədək iş günləri saat 09.00-dan 21.00-a qədər, şənbə və bazar günləri isə 10.00-dan 21.00-a kimi bu ünvanlarda valyuta mübadiləsi əməliyyatlarını həyata keçirə bilərlər.
36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.
ABB “Bakı Şopinq Festivalı” müddətində gücləndirilmiş rejimdə xidmət göstərir
16:25
14 Aprel 2017