4 – 17 mart tarixləri arasında abunə yazılışı yolu ilə satışa çıxarılmış ABB istiqrazlarına sifariş, təklif edilən həcmdən 5 dəfə çox olub.
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB İSTİQRAZLARI!
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu, əhalinin bu cür maliyyə alətlərinə getdikcə artan marağını göstərir.
Qeyd edək ki, ABB istiqrazları hər biri 5 milyon AZN həcmində 2 emissiya çərçivəsində buraxılıb. Bir istiqrazın nominal dəyəri 100 manat olub. Hər buraxılış üzrə 50 min ədəd adlı, faizli, təmin edilməmiş və sənədsiz istiqrazlar 1 il müddətinə illik 10%, 2 il müddətinə illik 11% gəlirliliklə təqdim edilib.
Kütləvi yerləşdirmə zamanı fiziki şəxslərə üstünlük hüququ verilib, ilk növbədə onların müraciətləri təmin olunub. ABB istiqrazlarını ümumilikdə 503 fiziki şəxs əldə edib.
Bu marağı nəzərə alaraq ABB bundan sonra da investorlara kiçik həcmlərlə davamlı şəkildə istiqrazlar təklif etməyi planlaşdırır. Növbəti tranş 2026-cı ilin 2-ci rübü ərzində elan olunacaq.












