Azərbaycanın ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) ölkənin kart bazarı üçün mühüm yeniliyə imza atıb.
NFC ödənişlərini TamKartla apar, 100 manat - KEŞBEK QAZAN!
FED.az xəbər verir ki, bankın yeni kampaniyası çərçivəsində «TamKart debet Classic», «TamKart debet Standart» və «Azercell Co-brend» kartları ABB Mobile tətbiqi və ya Bankın rəsmi saytı vasitəsi ilə onlayn qaydada artıq pulsuz sifariş etmək mümkündür.
Paralel olaraq, bu kartlarla “Kartdan-karta xidməti”ndən istifadə və nağdlaşdırma imkanları da genişləndirilib.
Belə ki, müştəri aylıq 7 min manatlıq və ekvivalentində limit çərçivəsində heç bir komissiya haqqı ödəmədən ölkədaxili bütün banklara “Kartdan-karta” pul köçürə, yaxud nağdlaşdırma apara bilər. Nağdlaşdırmanı ölkədəki bütün bankların ATM-lərində komissiyasız aparmaq mümkündür.