ABB 5 oktyabr “Müəllimlər günü”nə özəl olaraq yeni kredit kampaniyasına start verib.
Bankdan FED.az-a verilən məlumata görə, bankın əmək haqqı kartı sahibi olan hər bir təhsil işçisi nağd pul kreditini indi ABB-dən cəmi 16%-lik illik faiz dərəcəsi ilə əldə edə bilər.
Kreditin şərtləri:
Məbləğ - 30 000 manatadək
Müddət - 60 ayadək
İllik faiz dərəcəsi – 16%-dən başlayaraq və maksimum 18%
Zaminsiz
Komissiyasız
Kampaniya 04-12 oktyabr tarixləri arasında keçərlidir.
Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB-nin bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Müştəri Bankın saytı vasitəsilə əvvəlcədən Randevu götürərək filiallarda krediti növbə gözləmədən əldə edə bilər. ABB-nin əməkhaqqı kart sahibləri krediti Banka gəlmədən ABB mobil tətbiqi ilə onlayn şəkildə də əldə edə bilərlər. Kredit alan hər kəsə TamKart da hədiyyə edilir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.