ABB ölkəmizdə kapital bazarlarının inkişafına təkan verəcək daha bir mühüm addım atıb.
Artıq Bankın ABB mobile tətbiqində ABB səhmlərinin təkrar bazarına da start verilib. Belə ki, ABB səhmdarı olan istifadəçilər tətbiq vasitəsilə öz səhm portfellərini izləyə və eyni zamanda səhmlərin alqı-satqısı ilə məşğul ola bilərlər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında müvafiq Sərəncamına uyğun olaraq ilk dəfə ABB-nin səhmlərinin kütləvi emissiyası uğurla həyata keçirilib. Ölkəmizin kapital bazarlarının inkişafına xidmət edən bu proses tarixi nəticə ilə tamamlanıb. Yerləşdirmə nəticəsində ABB səhmdarlarının sayı 1794 nəfərdən 35 105 nəfərə qədər artıb. Səhmlərin yerləşdirilməsindən sonra Bankda özəl səhmdar payı 7,8%-ə yüksəlib. Qısa müddət ərzində Azərbaycanın kapital bazarlarına bu qədər sayda yeni iştirakçı qoşulub.
Səhmlərə abunə yazılışı zamanı ABB ilk dəfə innovativ üsullar tətbiq edərək sifarişlərin qəbulunu ABB mobile tətbiqi vasitəsilə həyata keçirib. Sifariş imkanlarının rahat və əlçatanlığı investorların prosesdə fəal iştirakında böyük rol oynayıb. ABB mobile tətbiqi vasitəsilə bu gündən etibarən səhmlərin təkrar bazarda alqı-satqısı imkanlarının yaradılması ölkəmizin kapital bazarlarında böyük canlanmaya səbəb olacaq.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.