Bank “ABB Rəqəmsal Maarifləndirmə” təcrübə proqramını davam etdirir!
ABB-nin Mastercard kartları ilə təmassız ödənişlər apar - HƏDİYYƏLƏR QAZAN!
18 - 25 yaş aralığında tələbələr, yaxud ali təhsilini yeni bitirmiş gənclər proqrama qoşula bilərlər. Namizədlər aşağıda sadalanan keyfiyyətlərə malik olmalıdırlar:
• Çeviklik
•Təşəbbüskarlıq
• Həvəslilik
• İşgüzarlıq
• Gülərüzlük
• Məsuliyyətlilik
• Ünsiyyətcillik
“ABB Rəqəmsal maarifləndirmə” təcrübə proqramının məqsədi 3-6 ay müddətində gənclərin fərdi inkişafına nail olmaq, asudə vaxtlarının səmərəli təşkilində onlara kömək göstərmək, əmək vərdişlərinin inkişafına, gələcək karyera imkanlarının artırılmasına, bank qanunvericiliyi və fəaliyyəti üzrə vacib bilikləri mənimsəmələrinə, liderlik bacarıqları qazanmalarına, sosiallaşmalarına, komanda işini öyrənmələrinə imkan yaratmaqdır.
Göstərilən tələblərə cavab verən namizədlər careers.abb-bank.az saytında qeydiyyatdan keçərək təcrübə proqramına müraciət edə bilərlər.