Əmək haqqını ABB-nin kartı ilə almayan müştərilər də artıq bu Bankın sərfəli kreditlərindən faydalana bilərlər. ABB hər kəsə nağd pul krediti əldə etmək imkanı yaradır.
Bankdan FED.az-a verilən məlumata görə, kredit alan müştərilərə TamKart da hədiyyə edilir.
Kreditin şərtləri:
Məbləğ: 15000 manat
Müddət: 48 ayadək
İllik faiz dərəcəsi: 18%-dən başlayaraq
10 000 manatadək zaminsiz
Minimum 500 AZN-lik TamKart kredit kartı hədiyyə
Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB-nin bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə ABB-nin filiallarına yaxınlaşmaq kifayətdir. Müştəri Bankın saytı vasitəsilə əvvəlcədən Randevu götürərək filiallarda krediti növbə gözləmədən əldə edə bilər. ABB-nin əməkhaqqı kart sahibləri isə krediti Banka gəlmədən ABB mobil tətbiqi ilə onlayn şəkildə də əldə edə bilərlər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.