Xəbər verildiyi kimi, Azərbaycanın bank sektorunun lideri, avtivlərinin həcminə görə, ölkənin ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) avtomobil kreditlərinə start verib.
Avtomobil almaq istəyənlər üçün ABB-dən - SƏRFƏLİ KREDİT!
FED.az xəbər verir ki, ABB-nin şərtlərinə görə, avtomobil kreditini illik 12-15%-lə, 60 ayadək müddətə götürmək olar. İlkin ödəniş isə avtomobilin dəyərinin 10%-dən başlayır. Bu kreditlə avtomobili istənilən rəsmi dilerdən əldə etmək mümkündür.
Şərtlərə görə, avtomobillərin maksimum istehsal tarixi 3 ilədəkdir. Amma bir şərtlə ki, avtomobillərin yürüşü 1000 kilometrdən artıq olmasın.
Avtomobil kreditinin şərtləri sadə və əlverişlidir. Faiz dərəcəsinin bazardakı digər təkliflərlə müqayisədə aşağı (bazarda hazırda mövcud olan illik 20%-dən başlayan kreditlərə qarşı 12-15%-lik kredit) olmasından başqa, əmək haqqı istənilən bankdan olan hər bir vətəndaş ABB-dən avtomobil krediti ala bilər. Müraciət üçün iş stajı minimum 6 ay olmalıdır. Yaş həddi minimum 20 yaş, maksimum - kredit öhdəliyinin sonuncu ödəniş tarixinə 65 yaş olmalıdır.
ABB-dən avtomobil kreditinin müddəti 3-59 ay arasında dəyişir.
Avtomobil krediti üzrə ilkin ödənişlər isə maşının növündən və istehsal tarixindən asılı olaraq dəyişir. Belə ki, elektrik avtomobillərində – istehsal tarixi 3 ildən az olan maşınlarda ilkin ödəniş 10%-dir.
Hibdrid avtomobillər üzrə - istehsal tarixi 1 ilədək olan avtomobillərdə ilkin ödəniş 20%, istehsal tarixi 1-3 ilə olan avtomobillər üzrə isə 40% təşkil edir.
Daxili yanma mühərriki, yəni benzin və dizellə işləyən avtomobillərdə isə istehsal tarixi 1 ildən az olan maşınlarda ilkin ödəniş 40%, istehsal tarixi 1-3 il olan avtomobillərdə isə ilkin ödəniş 50% təşkil edir.
ABB-dən avtomobil kredit alınması prosesi və sənədləşmə çox sadədir.
Avtomobil krediti istəyən müştərilər bankın əməkdaşlıq etdiyi rəsmi avtomobil dilerlərindən avtomobili seçərək, bankın uyğun filialına yalnız şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb krediti sifariş edir.
Avtomobil krediti müraciətləri hələlik Sənaye, Əcəmi, Xırdalan filiallarında qəbul edilir.
Müştəri Bankın saytı vasitəsilə əvvəlcədən Randevu götürərək filiallarda növbə gözləmədən də avtomobil krediti müraciətini edə bilər. Avtomobil krediti barədə əlavə məlumatları buradan əldə etmək olar.