ABB daxili ipoteka kreditinin şərtlərini dəyişib.
FED.az xəbər verir ki, mənzil, yaxud fərdi yaşayış evi almaq istəyən müştərilər daxili ipoteka kreditlərini ABB-dən indi cəmi 6%-dən başlayan illik faiz dərəcəsi ilə, minimum 15% ilkin ödənişlə, 25 ilədək müddətə ala bilərlər. Kreditin maksimal məbləği 500 000 manata qədərdir.
ABB 30-dan çox tikinti şirkəti ilə tərəfdaşlıq edir. Müştərilərə geniş və sərfəli seçim imkanı yaratmaqla yanaşı, ölkəmizdə tikinti biznesinin inkişafına da töhfə verir. ABB-nin daxili ipoteka kreditlərinin şərtləri barədə daha ətraflı məlumatı buradan əldə etmək olar. Krediti buradan onlayn sifariş edə bilərsiniz. Müraciət 3-5 gün ərzində icra olunur.
Qeyd edək ki, Bank müştərilərə təkcə son bir ildə 200 milyon manatdan çox ipoteka krediti verib. Belə bir göstərici ilə ABB ölkəmizin ipoteka bazarının liderlərindəndir. Bank daxili resursları ilə yanaşı, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına da ipoteka krediti ayırır. Bu kreditlərin də müddəti 25 ildir. Maksimal məbləği isə 150 000 manata qədərdir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.