Regionun ən böyük maliyyə qurumlarından olan ABB 2022-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatını açıqlayıb. Hesabat Qlobal Hesabatlılıq Təşəbbüsünün (GRI) 2021 Standartlarının tövsiyələrinə, eləcə də BMT-nin və digər beynəlxalq təşkilatların dayanıqlılıq üzrə təşəbbüslərinə istinadən hazırlanıb.
FED.az xəbər verir ki, hesabatda ABB-nin müxtəlif dayanıqlılıq mövzuları, yəni sosial, ətraf mühit, iqtisadi və məsuliyyətli idarəetmə üzrə fəaliyyət nəticələri təqdim olunur. Məlumatları oxuculara daha aydın və müqayisəli göstərmək üçün ABB-nin fəaliyyətinə dair vacib göstəricilər üç il üzrə təqdim edilir. Hesabatda açıqlanan qeyri-maliyyə göstəricilərinin düzgünlüyünü və şəffaflığını təmin etmək məqsədilə beynəlxalq audit şirkəti olan EY müstəqil əminlik bəyannaməsinin verilməsi üçün cəlb edilib.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Açıqlıq, şəffaflıq bizim əsas fəaliyyət prinsiplərimizdəndir. 2022-ci üzrə Dayanıqlı İnkişaf Hesabatımız da bu prinsipə xidmət edir. Bununla sektorda daha bir müsbət nümunə yaratmağı hədəfləyirik. Hesabatda Bankımızın bütün tərəfdaşlarla qarşılıqlı güvənə əsaslanan münasibətləri öz əksini tapıb”.
Hesabatla buradan tanış ola bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən (https://abb-bank.az/)və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.