Müştərilərin istəklərini hər zaman nəzərə alan Azərbaycan Beynəlxalq Bankı yeni kampaniyaya start verib.
Bankdan FED.az-a verilən məlumata görə, 18 oktyabra qədər davam edəcək kampaniya çərçivəsində VISA Gold plastik kartlarını bankdan VISA Classic kartı qiymətinə, yəni cəmi 10 AZN-ə almaq olar. Azərbaycan Beynəlxalq Bankının plastik kartlarını bu linkdən onlayn sifariş etmək mümkündür.
Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
ABB-dan VISA Classic qiymətinə VISA Gold kampaniyası
14:48
9 Okt 2017