"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) 2017-ci ilin I rübündə "Aqrarkredit" QSC-yə 5,3 - 6 mlrd. manat həcmində toksik aktiv ötürəcək.
"Moody`s" beynəlxalq reytinq agentliyindən verilən məlumata görə, bunun qarşılığında bank açıq mövqeyini və kapitalının gücləndirə biləcək.
Bununla yanaşı, agentliyin analitikləri hesab edir ki, potensial valyuta volatilliyini nəzərə alaraq ABB açıq mövqeyini hecləşdirəcək.
Ekspertlər onu da qeyd edir ki, hökumət ABB-yə güclü dəstək verməyə davam edəcək. "ABB-nin reytinqlərinin endirilməsinə baxmayaraq, hesab edirik ki, bundan sonra hökumətin banka verdiyi dəstək daha da güclənəcək. Bildiyimiz kimi, dövlət bankın kapitalındakı iştirak payını 91,3%-ə çatdırıb. Bununla yanaşı, aktivlərinin həcminə görə bank sektordakı payı yüksək olaraq qalır".