01 - 04 sentyabr 2022-ci ildə Türkiyənin İstanbul şəhərində 30-cu World Food İstanbul sərgisi keçirilib.
Eləcə də bax: ABB-nin Azercell kartlarını yarı qiymətinə - ƏLDƏ ETMƏK FÜRSƏTİ!
FED.az xəbər verir ki, ABB qida sənayesi sahəsində fəaliyyət göstərən korporativ müştərilərindən bir qrupunun sərgidə iştirakına şərait yaradıb. Məqsəd yerli istehsalçıların qlobal bazarlardakı yeni trendlərlə tanışlığı, eləcə də işgüzar əlaqələrinin inkişafına dəstəkdir.
ABB-nin təşkil etdiyi heyət səfər çərçivəsində Qida və İçki məhsulları, Qida İşləmə Texnolojiləri Festivalına da (CNR Food İstanbul) qatılıb. Bu festival 2022-ci ildə qlobal səviyyədə təşkil olunan ən böyük ticarət platformasıdır. Dünyanın qida sektorunun ən önəmli təmsilçiləri bu festivalda bir araya gəlir. ABB nümayəndələri və Bankın korporativ müştəriləri sərgi və festivalda yeni məhsul çeşidləri ilə tanış olublar. Xarici şirkətlərin təmsilçiləri ilə görüşlər keçirərək gələcək tərəfdaşlıq imkanlarını müzakirə ediblər.
ABB-nin korporativ biznes üzrə baş direktoru Nərgizxanım Biləndərli qeyd edib ki, bu cür maraqlı təşəbbüslər Bankın müştəri loyallığı proqramından irəli gəlir: “ABB olaraq biz müştərilərimizin biznesinə maksimum faydalı olmağa çalışırıq. Sərfəli məhsul şərtlərimizlə, hər bir müştərimizə fərdi yanaşmamızla, onların işinə dəstəyimizlə bizneslərin etibarlı maliyyə tərəfdaşıyıq. Hər bir biznes qurumunu ABB-nin yaratdığı imkanlardan faydalanmağa çağırırıq”.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.