Azərbaycanı ən böyük bankı bankı olan Azərbaycan Bepynəlxalq Bankının (ABB Bank) kreit portfeli 2023-cü ilin 1-ci rübünün yekununa görə, 3,6 milyard manata yaxınlaşıb.
Azərbaycanın ən böyük bankı ili əla başa vurub - SƏHMDARLARA DİVİDEND - ƏMƏKDAŞLARA MÜKAFAT ÖDƏYƏCƏK
FED.az bankın hesabatına istinadən xəbər verir ki, hazırda bankın ümumi kredit portfeli 3 milyard 595 milyon manat təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 65 milyon manat artıqdır.
ABB-nin kredit portfelinin böyük hissəsini biznes kreitləri təşkil edir – 1 milyard 573,5 milyon manat.
Bankın istehlak kreditləri 1 milyard 47,6 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 75 milyon manat artıqdır.
ABB-nin daşınmaz əmlak kreditləri portfeli isə rüb ərzində təqribən 54 milyon manat artaraq 973,6 milyon manata yüksəlib.