Azərbaycanın bank sektorunun lideri – ölkənin ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankın – ABB-nin depozit portfeli 9 milyard manatı keçib.
FED.az xəbər verir ki, 2025-ci ilin 2-ci rübünün sonuna bankda depozitlərin ümumi həcmi 9 milyard 68,2 milyon manat təşkil edib.
Depozitlərin böyük hissəsi - 6 milyard 77 milyon manatı hüquqi şəxslərin bankdakı depozitlərinin payına düşür.
Depozit portfelində təqribən 3 milyard manat isə fiziki şəxslərin bankdakı əmanətlərinin payına düşüb.