Azərbaycanın bank sektorunun lideri, ölkənin ən böyük bankı olan ABB bank daha və süni intellekt sahəsində ciddi sərmayələr yatırır və artıq bu sahədəki həllərdən faydalanmağı bacarıb.
ABB-nin dəstəyi ilə Agile sammiti – süni intellekt və data təcrübəsi paylaşılacaq!
FED.az xəbər verir ki, ABB Bank son 3 ildə data və süni intellekt istiqamətinə ciddi sərmayə yatırıb, 160-dan çox generativ və prediktiv modeli uğurla tətbiq edib. Bu barədə ABB Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bankın Dövlət İqtisadi Universiteti - UNEC-lə birgə «Data və süni intellekt sertifikasiya proqramı”nın təqdimat tədbirində bildirib. Onun sözlərinə görə, tətbiq edilən bu modellər Bank üçün 30 milyon AZN-dən çox müsbət maliyyə təsiri yaradıb.
«Süni intellekt ölkələrin gələcək inkişafının əsas drayverinə çevrilir. ABB olaraq qürur duyuruq ki, süni intellekt həllərini ölkəmizə ilk gətirən və bu sahəni sürətlə inkişaf etdirən biznes qurumlarından biriyik. İnanıram ki, tələbələrin proqramdakı uğurları öz gələcəklərinə də, ölkəmizdə rəqəmsal transformasiya proseslərinə də ciddi töhfə verəcək” – deyə Abbas İbrahimov bildirib.
Xatırladaq ki, ötən həftə ABB Bank Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə birgə “Data və süni intellekt sertifikasiya proqramı”nı təqdim edib.
Universitet–biznes əməkdaşlığının uğurlu nümunəsi olan “Data və süni intellekt sertifikasiya proqramı”nın məqsədi ölkəmizin əmək bazarı üçün bu sahədə peşəkar kadrların yetişdirilməsidir. Proqramda iştirak üçün xüsusi seçim prosedurları əsasında UNEC-dən 22 tələbə seçilib. ABB-nin dəstəyi ilə onlara Universitetdə xüsusi dərslər tədris olunacaq. Həmin tələbələrə ABB Bankda data və süni intellekt sahəsində çalışan peşəkar mütəxəssislər dərs deyəcəklər. Proqramda yüksək səy göstərərək sertifikasiyadan uğurla keçmiş tələbələrin ABB-də bu sahə üzrə işəqəbulu imkanlarına da baxılacaq.











