“Azərbaycan Beynəlxalq Bankı” ASC 2026-cı il üçün 1 milyon ədəd, hər birinin nominal dəyəri 100 manat olan faizli, təmin edilməmiş və sənədsiz istiqrazların buraxılmasını planlaşdırır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, istiqrazlar adı üzrə olacaq və “Bakı Fond Birjası” QSC vasitəsilə yerləşdiriləcək.
İllik faiz dərəcəsi və kupon ödənişi hər bir buraxılış üzrə ayrıca “Yekun Şərtlər” sənədində müəyyən olunacaq.
Təklifin məqsədi alternativ maliyyə resurslarının cəlb edilməsi yolu ilə “ABB” ASC-nin fəaliyyətinin genişləndirilməsi, kredit portfelinin artırılması yolu ilə mənfəətin əldə edilməsidir.
Anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti”dir.












