Forum dörd paneldən ibarət olacaq:
- “Post-neft dövrünün çağırışları: yeni iqtisadi strategiya”;
- “Böhran şəraitində bankların idarə edilməsi və fəaliyyətlərinin diversifikasiyası: dünya təcrübəsindən dərslər”;
- “Bank qanunvericiliyi: problemlər və perspektivlər”;
- “Gələcəyin bankları: yeni texnologiyaların gətirdiyi imkanlar və risklər” mözvularını əhatə edəcək.
Tədbirdə bank-maliyyə sisteminin tənzimləyici orqanlarının, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələrinin, eləcə də ABA üzvü olan bankların Müşahidə Şurası və İdarə Heyəti sədrlərinin iştirakı nəzərdə tutulur. Eyni zamanda, Forumun 2-ci günündə hüquqi məsələlərə aid birinci Paneldə ABA-nın hüquqi məsələlər üzrə Ekspert Qrupunun üzvləri və qrup üzvü olmayan bankların hüquq departamentlərinin rəhbərləri, həmçinin ikinci paneldə ABA-nın İT və Ödəniş sistemləri üzrə Ekspert Qruplarının üzvləri və bu qrupların üzvü olmayan bankların müvafiq nümayəndələri, elektron təhlükəsizlik üzrə məsul şəxlərin iştirakı nəzərdə tutulur.