6 mart 2020-ci il tarixində “Rabitəbank ASC”-nin baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili Audit” Ekspert Qrupunun növbəti iclası keçirilib.
Eləcə də bax: ABA: Valyuta satışına - MƏHDUDİYYƏT OLMAYACAQ
FED.az xəbər verir ki, tədbir Ekspert Qrupunun sədri Elgün Qurbanovun açılış nitqi ilə başlayıb. Daha sonra “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Daxili Audit departamentinin baş auditoru Ramil Hacıbalayev, department direktorunun müavini Fərid Orucov və Daxili Auditorlar İnstitutunun Azərbaycan nümayəndəliyinin prezidenti Əziz Fətəliyev çıxış ediblər. İclas zamanı banklarda agile audit fəaliyyəti, daxili auditdə benchmarking və bir sıra digər məsələlər ilə bağlı fikir və təcrübə mübadiləsi aparılıb.
Sonda Ekspert Qrupunun sədri Elgün Qurbanov növbəti görüş reqlamentinin müəyyən edilməsi ilə bağlı bağlanış nitqi ilə çıxış edib.
Xatırladaq ki, Daxili audit ekspert qrupunun yaradılması haqqında qərar 16 yanvar 2019-cu il tarixində ABA-nın Rəyasət Heyətinin iclasında qəbul edilib.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.