Xarici informasiya portallarında (www.hackread.com saytında) yayılmış məlumata əsasən, erməni hakerləri tərəfindən Azərbaycan bankının müştəri məlumatlarının əldə edilməsi və yayılması haqqında məlumat verilmişdir.
Azərbaycan Banklar Assosiyasiyasının (ABA) yaydığı məlumata görə, quruma kommersiya bankları tərəfindən verilmiş məlumata əsasən, belə bir fakt bank sistemində qeydə alınmamışdır.
Dərc olunmuş məlumat təxribat xarakteri daşıyır.