13 iyun 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Komplayns” Ekspert Qrupunun növbəti görüşü keçirilib.
FED.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanan “Məsul şəxsə dair tələblər” və “PY/TMM sahəsinə aid proqram təminatına dair tələblər” sənədlərinin müzakirəsi aparılıb.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.
 
                                                    
                                                    
                    ABA -da ekspert qrupunun növbəti görüşü keçirilib - KEÇİRİLİB
 
                            
                            
                        
                            11:11
                            14 İyun 2019
                        
                        




 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








