“Azərbaycan Banklar Assosiasiyası (ABA) bankların kapital çatışmazlığı səbəbindən bağlanmasında maraqlı deyil”.
Bunu jurnalistlərə açıqlamasında ABA-nın prezidenti Zakir Nuriyev deyib.
“Maraqlıyıq ki, bütün banklar fəaliyyətini davam etdirsin. Çünki bankın bağlanması xeyli sayda adamın işsiz qalması deməkdir. Hazırda əsas məqsəd bankların sağlamlaşdırılmasıdır. Bunun üçün isə müxtəlif yollar var. Kapital artımı, birləşmə və s. yollar hesabına bazarda sağlamlaşdırma tədbirləri həyata keçirilir”, - deyə Z.Nuriyev qeyd edib.