“2018-ci ildə “AccessBank” tərəfindən 383 milyon manat yeni kredit verilib. Verilmiş yeni kreditlərin 98%-i milli valyutada olub”.
FED.az xəbər verir ki, bunu, bu gün keçirilmiş mətbuat konfransında “AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib.
Bankın sədri qeyd edib ki, 2017-ci illə müqayisədə yeni kreditlər 67% artıb.
Anar Həsənov əlavə edib ki, ötən il "AccessBank"ın depozit portfeli 72 milyon manat artıb. 2019-cu ilin 2,5 ayı ərzində isə depozit portfeli 47 milyon manat artaraq 555 milyon manata çatıb. “Bu Bankımızı müştərilərimizin etimadının bir göstəricisidir”,- Anar Həsənov vurğulayıb.
Eləcə də bax: “AccessBank”ın rəhbərliyi yenidən formalaşdırılacaq
©Marja