İran Milli Bankının (Bank Melli İran - BMİ) Bakı filialı 2019-cu ilin birinci rübünün nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, birinci rübdə bankın faiz gəlirləri 699 790 manat, faiz xərcləri 23 975 manat, xalis faiz gəlirləri faiz gəlirləri 675 815 manat olub. Ötən ilin birinci rübü ilə müqayisədə bankın xalis faiz gəlirləri 63,5 min manat və ya 8,6% azalıb.
Eləcə də bax: Bakıda İran Bankının binasını söküb – PULUNU VERMƏYİBLƏR
Birinci rübün nəticələrinə görə, BMİ aktivlər üzrə ehtiyatların yaradılmasına ayırmalara 9 milyon 156 min 830 manat ayırıb. Ötən il isə bu məqsədlə ayırmalar edilməmiş, əksinə, ehtiyatlaran 203 min manat geri qaytarılmışdı.
Birinci rübdə bankın fəaliyyəti üçün inzibati xərclər 305 min manat təşkil edib. Yeri gəlmişkən, ötən illə müqayisədə bu göstərici 10 min manat azalıb.
Nəticədə birinci rübün nəticələrnə görə, BMİ-nin vergidən əvvəlki zərəri 8 milyon 607 min 752 manat təşkil edib. 4 623 manat məbləğində vergiləri də nəzərə alanda, bankın xalis zərəri 8 milyon 603 min 129 manat təşkil edib.
Xatırladaq ki, BMİ 2018-ci ili 2 milyon 140 min 190 manat mənfəətlə başa vurmuşdu.
Eləcə də bax: 2019-da POS-terminalların sayı azalıb
Birinci rüb ərzində bankın aktivləri 6 milyon 289 min manat azalaraq 110 milyon 441,5 min manatdan 104 milyon 152,5 min manata düşüb.
Bankın öhdəlikləri isə 2 milyon 654,1 min manat artaraq 42 milyon 424,2 min manata yüksəlib.
Birinci rübün nəticələrinə görə, bankın nizamnamə kapitalı dəyişməyib - 73 milyon 611,2 min manat.
Əvəzində etdiyi zərər bankın cəmi kapitalında oturub – bu göstərici ilin əvvəlindəki 70 milyon 671 min manatdan, 61 milyon 728 min manata düşüb.
Qeyd edək ki, Bank Melli İran Bakı şəhər icra hakimiyyətindən 5 il əvvəl sökülən binasına görə 9,4 milyon manat kompensasiya gözləyir.
©Marja