“Muğanbank” ASC, 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə, 01.03.2019-cu il tarixində “8 Mart + Gold kart” adlı kampaniyaya start verir. Kampaniya 07.03.2019-cu il tarixinədək davam edəcəkdir. Qeyd olunan kampaniya çərçivəsində Muğanbanka müraciət edən xanım müştərilər Union Pay/MasterCard/Visa Gold plastik kartlarından birini pulsuz, Union Pay/MasterCard/Visa Platinum plastik kartlarını isə 50% endirimlə eldə edəcəklər.
Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 42 filialı və 9 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), GGF kimi beynəlxalq iqtisadi
8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Muğanbankdan xanımlara hədiyyə
12:24
1 Mart 2019