Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 8-nin bu il iyulun 1-nə nizamnamə kapitalı illik müqayisədə çox olub.
FED.az xəbər verir ki, bunlar "Access Bank", "Xalq Bank", "Nikoyl Bank", "Kapital Bank", "Turan Bank" və "AGBank"dır. Ən yüksək dinamika "Access Bank"da (84,5%), ən aşağı dinamika isə "AGBank"da (0,4%) qeydə alınıb.
Eləcə də bax: Banklar kreditləşmə ilə bağlı - YENİ TƏKLİFLƏR VERİBLƏR
Qalan 22 bankın nizamnamə kapitalı dəyişməyib.
5 bankın nizamnamə kapitalı 300 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin bu il iyulun 1-nə nizamnamə kapitalı 300 milyon manatdan çox olub.
Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 milyard 241 milyon 287 min manat), "Xalq BanK" (364 milyon 773 min manat), "Nikoyl Bank" (348 milyon manat), "PAŞA Bank" (333 milyon manat) və "Bank VTB Azərbaycan"dır (315,815 milyon manat).
Qalan 25 bankdan 2-də nizamnamə kapitalı 200-300 milyon manat arasında, 6 bankda 100-200 milyon manat arasında, 12 bankda 50-100 milyon manat arasında, 3 bankda 50 milyon manat, 2 bankda isə 50 milyon manatdan azdır.
"Renkinq"