Bu il aprelin 1-nə olan vəziyyətə görə, ölkədə fəaliyyət göstərən 30 bankdan 22-si Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəlikləri barədə məlumat verib ki, bunlardan da 8-i tənzimləyici quruma ümumilikdə 146,008 milyon manat borcludur.
FED.az xəbər verir ki, həmin banklar "AGBank", "Nikoyl Bank", "Xalq Bank", "Premium Bank", "Atabank", "Bank BTB", "Günay Bank" və "Kapital Bank"dır.
Eləcə də bax: Əhali banklara müddətli əmanət yerləşdirməyə böyük maraq göstərmir
Bu banklardan AMB-yə ən çox borclu olan "AGBank" (38,9 milyon manat), ən az borclu olan isə "Kapital Bank"dır (0,5 milyon manat).
Tənzimləyici quruma borclu olmadığını bəyan edən 13 bank isə "Access Bank", "AFB Bank", "Azərbaycan Sənaye Bankı", "Bank Avrasiya", "Bank of Baku", "Bank VTB Azərbaycan", İran Milli Bankının Bakı filialı, "Muğan Bank", "Naxçıvan Bank", "NBC Bank", Pakistan Milli Bankının Bakı filialı, "PAŞA Bank", "Yapı Kredi Bank Azərbaycan" və "Zıraat Bank Azərbaycan"dır.
8 bank - "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank Respublika", "Express Bank", "Rabitəbank", "Turan Bank" və "Unibank" AMB qarşısında öhdəliklərini açıqlamayıb.