2022-ci ilin yanvar-avqust aylarında banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit qoyuluşları 11,8% artıb.
Eləcə də bax: Səkkiz ayda kreditlərin 97,4 faizi banklar tərəfindən - VERİLİB
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
“2022-ci ilin avqust ayında banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit qoyuluşları iyul ayına nəzərən 0.8%, ilin əvvəlinə nəzərən 11.8%, ötən ilin eyni ayına nəzərən isə 22.6% artıb”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, Mərkəzi Bankın tətbiq etdiyi pul siyasətinin və makroprudensial siyasətin kredit aktivliyinə təsirlərinin tədricən güclənəcəyi gözlənilir. (İnterfaks-Azərbaycan)