Xəbər verildiyi kimi bu gün iyulun 26-da Azərbaycan Mərkəzi Bankı (AMB) faiz qərarını elan edəcək. FED.az xəbər verir ki, faiz dərəcəsi parametrlərinin müayyən edilməsi üçün əsas göstəricilərdən biri pul bazası və onun iqtisadiyyatdə dövr etmə aktivliyidir. FED,az bu gün üçün maraqlı olduğunu nəzərə alaraq 2018-ci ilin əvvəlindən indiyədək Azərbaycan iqtisadiyyatında pul bazasının necə dəyişdiyini təqdim edir.
Eləcə də bax:Bu gün Azərbaycanda yeni uçot dərəcəsi - ELAN EDİLƏCƏK
Cədvəldən də göründüyü kimi, son aylar hökumət iqtisadiyyatda pul bazasını sürətlə artırılması yolunu götürüb və təkcə son 5 ay ərzində (iyulun sonunun nəticələri hələ açıqlanmayıb) pul bazası 19% artaraq 8,7 milyard manatdan 10,4 milyard manata yaxınlaşıb.
28/06/2019 - 10376.9
31/05/2019 - 10172.4
30/04/2019 - 9495.1
29/03/2019 - 8946.3
28/02/2019 - 9014.1
31/01/2019 - 8709.2
29/12/2018 - 9545.7
30/11/2018 - 8985.2
31/10/2018 - 9153.3
28/09/2018 - 8871.5
31/08/2018 - 8318.2
31/07/2018 - 8888.9
29/06/2018 - 8588.0
31/05/2018 - 8404.4
30/04/2018 - 8413.0
30/03/2018 - 9471.0
28/02/2018 - 9180.6
31/01/2018 - 8761.6