Azərbaycanın aparıcı banklarından biri Expressbank, plastik kart sahiblərini Ramazan bayramı ərəfəsində iki qat cashbackla sevindirəcək.
Bankdan FED.az-a verilən məumata görə, iExpressClub layihəsi çərçivəsində 01 - 05 iyun tarixlərində reallaşan aksiya müddətində Expressbank-ın plastik kart sahibləri seçilən tərəfdaşların xidmətlərindən faydalanaraq, nağdsız ödənişlərdə daha çox cashback qazanma imkanını əldə edəcəklər.
Keçirilən aksiyada Salamander (6%), Geox (6% ), World telecom (4%), Grafika (4%), Saxa kids (10%) mağazaları, İl patio (20%), Dominos pizza (14%), Anadolu (20%), Le kebab (20%) restoran və kafeləri, həmçinin Enar Taxi (10%) taksi xidməti yer alır.
ExpressClub üzvü olan hər kəsə təqdim edilən bütün imkanlardan faydalanmaq üçün Expressbank-ın istənilən plastik kartına sahib olmaq kifayətdir. Bunun üçün şəxsiyyət vəsiqəsi ilə ən yaxın filiala yaxınlaşmaq və ya https://www.exb.az/ vasitəsi ilə onlayn sifariş etmək mümkündür.
ExpressClub haqqında daha ətraflı məlumatı ExpressClub əlavəsini yükləyərək əldə etmək olar. (Yükləmək üçün link : https://www.expressbank.az/expressclub-app)
Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.
Ramazan bayramında Expressbank-dan - İKİQAT CASHBACK SEVİNCİ! -SİHAYI
18:48
31 May 2019