Azərbaycanda hər iki ailədən biri bankdan kredit götürür.
FED.az xəbər verir ki, «Business insight» araşdırma şirkəti ölkə əhalisinin kredit müraciətlərini və kredit götürmək məqsədlərini araşdırıb.
Araşdırma göstərib ki, Azərbaycan ailələrinin 48%-i, yəni təqribən yarısı müxtəlif növ kreditlərdən istifadə edir. Kredit üçün ən çox müraciət Bakı şəhərinin payına düşür. İkinci ən çox müraciətin Aran iqtisadi rayonundan, üçüncü isə Lənkəran iqtisadi rayonundan olduğu müşahidə olunur.
Eləcə də bax: Azərbaycanılıarın almağı ən çox fikirləşdiyi - 2 AVTOMOBİL MARKASI
Əhalinin kredit tələbatı təbii olaraq ən çox istehlak istiqamətlidir (70,6%). Biznes üçün götürülən kreditlər isə ümumi kreditlərin 16,2% təşkil edir. Daxili ödəniş qaydalarını sadələşdirən və kredit əməliyyatlarını asanlaşdıran mağazalar isə kreditləşmədə 12,2% paya sahibdir.