Expressbank yeni depozit kampaniyasına start verib.
FED.az xəbər verir ki, indi pulunu Expressbanka 6 aylıq müddətə yerləşdirən müştərilər müddətin sonunda illik 11% gəlir qazanacaqlar.
Banka yatırılan depozitlər isə Əmanətlərin Sığortalanması Fondunun qaydalarına uyğun olaraq sığortalanır. Minimal əmanət məbləği 500 AZN-dir.
Qeyd edək ki, müştərilər fərqli əmanət növlərini seçərək, hesablarındakı məbləği artıra, faiz gəlirlərini əvvəlcədən və ya aylıq əldə edə bilərlər.
Əmanət məhsulları üzrə ətraflı məlumat: bit.ly/3KkIPpr
“Expressbank” ASC Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
“Expressbank” - İşiniz rahat getsin!