30 iyun 2023-cü il tarixinə Azərbaycanda banklar tərəfindən 3,081 min ədəd bankomat quraşdırılıb ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 0,4% çoxdur.
Azərbaycanda 6 bank filialı və 10 bank şöbəsi - BAĞLANIB
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
İyunun sonuna Bakıda 1604 ədəd (artım 0,8%), bölgələrdə 1477 ədəd (dəyişməyib) bankomat quraşdırılıb.
Respublika ərazisindəki ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 81,775 min ədəd təşkil edib ki, bu da ötən ilin sonuna olan göstəricidən 2,44% çoxdur.
Bununla yanaşı, Bakıda 56,014 min ədəd (artım 4%), regionlarda 25,761 min ədəd (azalma 0,9%) pos-terminal quraşdırılıb.
Hesabat dövründə pərakəndə ticarət obyektlərində 79,3 min ədəd pos-terminal və ya bütün pos-terminalların 97%-i quraşdırılıb. (İnterfaks-Azərbaycan)