09.11.2018-ci il tarixində AGBankın yaranması tarixindən 26 il ötür.
Bankın yaydığı məlumatda bildirilir ki, 26 illik fəaliyyəti ərzində AGBank-ın daim qoruyub saxladığı əsas məqsədlərdən biri - öz müştəriləri, o cümlədən tərəfdaşları və həmkarları ilə qarşılıqlı hörmətin, şəffaflığın bünövrəsi olan uzunmüddətli münasibətlərin qurulmasıdır. Müştəri məmnuniyyəti, müştəri yönümlü bank olan AGBankın ən əsas prinsiplərindən biridir. Müştəri tələbatını və istəklərini nəzərə alaraq, geniş spektrdə məhsul və xidmətləri təqdim edir, müasir texnologiyaları tətbiq edir, operativ xidmət göstərir.
“9 noyabr 2018-ci il tarixində öz 26 illiyini qeyd edən AGBank fəaliyyəti ərzində Azərbaycanın bank sektorunda göstərdiyi yüksək keyfiyyətli xidmət ilə hər zaman ön sıralardadır. Cəmi 4 nəfər işçi heyəti ilə ilk addımlarını atan AGBankda hal hazırda 500 nəfərdən artıq saydan ibarət peşəkar işçi kollektivi çalışır. 1992-ci ildə cəmi 218 müştəri portfelinə sahib olan bankda hazırki müştəri sayı 370 000-ə yaxındır”,- bankın məlumatında bildirilir.