31 may 2023-cü il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 45 milyard 921,8 milyon manat məbləğində qiymətləndirilir.
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 31 dekabr 2022-ci il tarixinə bankların aktivləri 47 milyard 54,9 milyon manat məbləğində olub. Beləliklə, yanvar-may aylarında bankların aktivləri 2,4% azalıb.
2023-cü ilin aprel ayı ilə müqayisədə may ayında bankların aktivləri 0,7% və ya 339,1 milyon manat artıb.
5 ay ərzində bankların Mərkəzi Bankdakı müxbir hesablarında olan vəsaitin həcmi 1,6 dəfə - 3 milyard 863,4 milyon manata qədər azalıb.
Mayın sonuna bankların kredit portfeli 20 milyard 659,3 milyon manat (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 5,4% - İF) təşkil edir.
Bankların ümumi kapitallaşması 5 milyard 837,2 milyon manat (artım 3,8%) təşkil edir.
Bankların öhdəlikləri 40 milyard 84,6 milyon manata (azalma 3,3%) bərabərdir. Bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 107,7 milyon manat məbləğində (azalma 2 dəfə) qiymətləndirilir. Banklarda depozit portfeli 32 milyard 678,7 milyon manat (azalma 3,2%), o cümlədən əhalinin əmanətləri 12 milyard 143 milyon manat (artım 5,7%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, 2023-cü ilin yanvar-may aylarında bankların ümumi xalis mənfəəti 437,1 milyon manat təşkil edib (2022-ci ilin yanvar-may ayları ilə müqayisədə artım 31,9%).
Hesabat dövründə bankların faiz gəlirləri 1 milyard 385,9 milyon manat (artım 34,1%), o cümlədən verilmiş kreditlər üzrə 1 milyard 20,9 milyon manat (artım 19,7%) təşkil edib.
Bankların qeyri-faiz gəlirləri 480,4 milyon manat məbləğində (artım 12,8%) olub.
Bu dövrdə bankların faiz xərcləri 335,2 milyon manat (artım 36,8%), o cümlədən depozitlər üzrə 237,8 milyon manat (artım 40%), qeyri-faiz xərcləri 860,4 milyon manat (artım 24,3%) təşkil edib.
Yanvar-may aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 644,1 milyon manat (artım 27,9%) təşkil edib.
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 543,2 milyon manat (artım 34,2%), mənfəət vergisi üzrə ödənişlər 106,1 milyon manat (artım 45,1%) məbləğində qiymətləndirilir.
31 may 2023-cü il tarixinə respublikada 24 bank fəaliyyət göstərir. Bu bankların 9-u (2022-ci ilin sonuna 10 bank) xarici kapitallıdır.
Bankların 483 filialı (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma 0,8%) və 86 şöbəsi (2022-ci ilin sonuna 91) var.
Bank sektorunda 23,124 min nəfər (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 1,5% - İF) çalışır. (İnterfaks-Azərbaycan)