4 bankın kredit portfeli 1 milyard manatdan çoxdur
13:52
28 Avq 2019
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 8-nin bu il iyulun 1-nə kredit portfeli illik müqayisədə az olub.
FED. az xəbər verir ki, bunlar "Bank Avrasiya", "Muğan Bank", "Access Bank", "Bank of Baku", "Atabank", "AGBank", "Bank VTB Azərbaycan" və Pakistan Milli Bankının Bakı filialıdır. Ən az azalma "Bank Avrasiya"da (1,8%), ən çox azalma isə Pakistan bankında (36,3%) qeydə alınıb.
Qalan 22 bankın kredit portfeli isə artıb. Ən yüksək dinamika "Bank Respublika"da (45%), ən aşağı dinamika isə "Günay Bank"da (5,7%) qeydə alınıb.
4 bankın kredit portfeli 1 milyard manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün bu il iyulun 1-nə kredit portfeli 1 milyard manatdan çox olub.
Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 milyard 786,244 milyon manat), "Xalq Bank" (1 milyard 493,554 milyon manat), "Kapital Bank" (1 milyard 406,373 milyon manat) və "PAŞA Bank"dır (1 milyard 402,114 milyon manat).
Qalan 26 bankdan 21-də kredit portfeli 100 milyon manatdan 1 milyard manata qədər, 3 bankda 10-100 milyon manat arasında, 2 bankda isə 10 milyon manatdan azdır.
Renkinq