2018-ci ildə Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün faiz gəlirləri 100 milyon manatdan çox olub.
FED.az xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (415,1 milyon manat), "Kapital Bank" (321,562 milyon manat), "PAŞA Bank" (173,512 milyon manat) və "Xalq Bank"dır (109,507 milyon manat).
Qalan 26 bankdan 3-də faiz gəlirləri 50-100 milyon manat arasında, 17 bankda 10-50 milyon manat arasında, 6 bankda isə 10 milyon manatdan azdır.
ELƏCƏ DƏ BAX: Manatla əmanət və kreditlərin orta faiz dərəcəsi artıb
©Renkinq