Azərbaycanda bu ilin birinci yarısının sonuna olan vəziyyətə görə depozit portfelində fiziki şəxslərin bir milyard manatdan çox vəsaiti olan bankların adları məlum olub.
Azərbaycanda müştərilərə - ƏN AZ KREDİT AYIRAN 2 BANK
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə bankların rüblük hesabatları əsasında hazırladığı fiziki şəxslərin depozitlərinin həcmi üzrə renkinqə istinadən xəbər verir.
Renkinqə görə, fiziki şəxslərin depozitlərinin ən çox olduğu bank «ABB»dir. Bankda fiziki şəxslərin depozitləri 3 milyard 894 milyon manata çatır.
Fiziki şəxslərin depozitlərinin həcminə görə, ikinci yerdə «Kapital Bank» dayanır. Bu bankda fiziki şəxslərin depozitlərinin həcmi 3 milyard 708 milyon manat təşkil edir.
Bundan başqa, fiziki şəxslərin depozitləri «PAŞA Bank»da 1 milyard 854 milyon manat, «Unibank»da 1 milyard 113 milyon manat olub.
Ölkədə fəliyyət göstərən bankların 14-də fiziki şəxslərin depozitləri 100 milyon ilə bir milyard manat arasındadır. İki bankda isə 100 milyon manatdan aşağıdır.















