Avstriya İnkişaf Bankı (OeEB) Qara Dəniz Ticarət və İnkişaf Bankına (BSTDB) 30 milyon avro ayırıb.
FED.az biznes və maliyyə xəbərləri portalı "Apa"ya istinadən xəbər verir ki, bu barədə QDTİB-in internet saytında məlumat yerləşdirilib. Bildirilib ki, ayrılan vəsait Albaniya, Azərbaycan, Ermənistan, Gürcüstan və Moldovada sənaye, kənd təsərrüfatı və xidmət sektorunda özəl sektor layihələrinin və sərmayə proqramlarının maliyyələşdirilməsinə, həmçinin dövriyyə kapitalı və ixracın maliyyələşdirilməsinə sərf ediləcək.
“Maliyyə vəsaitindən əsas faydalananlar “COVID-19” pandemiyasının təsirindən ən çox təsirlənən və QDTİB tərəfindən prioritet sayılan kiçik və orta sahibkarlıq subyektləri (KOB) olacaq”, -deyə məlumatda qeyd olunub.
Bildirilib ki, ayrılan vəsait üzv ölkələrin hökumətləri tərəfindən pandemiyadan sonrakı iqtisadi fəaliyyəti bərpa etməyə yönəlmiş tədbirlərə QDTİB-in töhvə verməsi üçün irəli sürdüyü təşəbbüslərini maliyyələşdirilməsinə əlavə resruslar təmin edəcək.