Bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 3-nün qeyri-faiz gəlirləri 20 milyon manatdan çox olub.
FED.az xəbər verir ki, bunlar "Kapital Bank" (36,038 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (29,382 milyon manat) və "Access Bank"dır (22,388 milyon manat).
Qalan 27 bankdan 19-da qeyri-faiz gəlirləri 1-10 milyon manat arasında, 9 bankda isə 1 milyon manatdan azdır. 1 bank - Pakistan Milli Bankının Bakı filialı isə 6 min manat qeyri-faiz zərəri ilə üzləşib.
Eləcə də bax: Azərbaycanın ən böyük bankları: Aktivlərinə görə bankların - REYTİNQİ