“Bu gün Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 27-də internet bankçılıq, 25-ə isə mobil bankçılıq xidmətləri təklif edilir. Bu ilin I rübündə açılmış hesablar üzərindən aparılan əməliyyatların təxminən 31%-i elektron bankçılıq vasitəsilə həyata keçirilib. Bu nisbət ötən ilin eyni dövründə 22% olub”, - o qeyd edib.
Bundan başqa, İ.Alışovun sözlərinə görə, hazırda Azərbaycanda banklara məxsus 6,8 milyon ədəd plastik kart var: “Təkcə bu ilin I rübündə dövriyyəyə 772 min ədəd təmassız ödəniş kartı buraxılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. Son 1 ildə elektron ticarət hesabına aparılan əməliyyatların dəyəri də 2 dəfədən çox artıb, 266 milyon manatdan 573 milyon manata yüksəlib”.