Almaniyanın ən böyük bankı olan «Deutsche Bank» nəhəng məbləğdə kreditin təminatı kimi parmezan pendirini girov saxlayıb.
FED.az xəbər verir ki, bank bu krediti pendir istehsal edən italyan şirkətlərinə ayırıb.
«Deutsche Bank» əvvəllər də maliyyə akrobatikası ilə məşğul olub və bir neçə dəfə «özünü yandırıb»-deyə xarici mətbuat yazır. Amerikanın etibarsıx ipoteka kağızları və şübhəli rus tranzaksiyaları böyük maliyyə cərimələri ilə başa çatmışdı.
Bank bir dəfə İtaliyada da məhkəmə qarşısnıda dayanıb, onu böyük problemlər yaşayan «Monte dei Paschi» bankının zərərini gizlətməkdə ittiham ediblər.
Amma bir neçə həftə əvvəl «Deutsche Bank» italyanlar üçün daha maraqlı əməliyyat barədə məlumat açıqlayıb. Alman bankı İtaliyanın «Ambrosi» şirkətinə 27,5 mln avro kredit ayırıb. Və bu kreditə görə 125 min baş parmezan pendiri girov götürüb.
İtaliya şirkəti razılaşmadan məmnun qalıb və onun rəhbəri Cüzeppe Ambrosi bildirib ki, bu kreditlə yeni perdir istehsalı sexi tikəcək.
Bank isə bildirir ki, məhz koronavirus böhranı vaxtı müştərinin biznesinə döstək olmaq bankın məqsədidir: «Müştərini əlavə yükə salmamaq üçün biz girov kimi parmezan pendirini götürdük». Qeyri-adiliyinə baxmayaraq pendir girovu krediti artıqmasıyla bağlayır. Belə ki, bir baş parmezanın qiyməti 550-740 avro arasında dəyişir. Yəni 27 milyon avroluq kredit üçün 81 milyon avroluq pendir girov saxlanılıb.
Ekspertlər bildirir ki, eyni əməliyyağtı başqa kənd ğəsərrüfatı məhsulu, məsələn donuz əti ilə aparmaq mümkün deyil. Çünki parmezan daha standart məhsuldur, onun saxlama müddəti də uzundur. Yəni xarab olan deyil. Prolblem olanda da onu dərhal satmaq olar.
Yeri gəlmişkən, alman bankı üçün ilk dəfə olsa da İtaliyanın bankldarı pendir girovuna çoxdan vərdiş ediblər. Regional Credito Emiliano bankı belə üsulu 1953-cü ildən tətbiq edir. Özü də bu bank bəzən girov pendiri öz anbarlarında saxlayır.