Bank VTB (Azərbaycan) ipoteka kreditləşməsi proqramına start verib.
FED.az xəbər verir ki, bankın yaydığı məlumatda bildirilir ki, Bank VTB (Azərbaycan) müştərilərə yeni ipoteka proqramından istifadə edərək şəxsi mənzilə sahib olmaq imkanı verir.
Eləcə də bax: İpoteka Fondu özünə - İNVESTİSİYA ŞİRKƏTİ SEÇİB
Bankın ipoteka krediti üzrə minimal faiz dərəcəsi 12% təşkil edir və alınan əmlak üçün edilən ilkin ödəniş, eləcə də kreditin müddətindən asılı olaraq dəyişə bilər.
Minimal ilkin ödəniş əmlak dəyərinin 20%-i qədərdir. Kreditin məbləği 10 000 - 275 000 manat təşkil edir və 6 aydan 25 il müddətinədək verilir.
Kredit hesablandıqda müştərinin gəlirilə yanaşı onun ailə üzvlərinin də gəliri nəzərə alına bilər. İlkin ödənişin məbləği 40% və daha çox olduğu halda müştərinin ödəniş qabiliyyəti təhlil olunmur. İpoteka proqramı təkrar və ilkin bazarlardakı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olan mənzillərə şamil olunur.