«Kapital Bank»ın kredit portfelinin bölgüsü məlum olub.
FED.az xəbər verir ki, bu ilin 9 ayının nəticəsinə görə bank ümumilikdə 1 milyard 721 milyon 511 min manat kredit verib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 220 milyon 623 min manat və ya 24,72% çoxdur.
Eləcə də bax: "Kapital Bank" işçilərinin və səhmdarlarının – SAYINI AÇIQLAYIB
Bu dövrdə «Kapital Bank» ümumilikdə 45 sahəyə kredit verib. Bunlardan ən byöük məbləğ quru yol nəqliyyatı fəaliyyətinə ayırıb. Bu sahəyə 130 milyon 184 min manat kredit verilib və verilən kreditin qaytarılmasın problem yaşanmır. Yol, körpü tikintisi üçün 56 milyon 476 min manat, İnformasiya və Rabitə sektoruna isə 57 milyon 800 min manat ayrılıb.
Digər sahələr üzrə 988 milyon 226 min manat kredit verilib ki, bu kreditlərin də 22 milyon 139 min manatının vaxtı keçmiş kreditlərdir.
Eləcə də bax: Azərbaycanda banklar üçün yeni öhdəlik müəyyənləşdirilir
«Kapitalbank»ın ən böyük kreditləri Bakıda ayrılıb – 797,7 milyon manat və ya ümumi kredit portfelinin 46,3%-i. Bakıdan sonra ən çox kredit veridən şəhərlər Gəncə və Sumqayıtdır. Bu şəhərlərə müvafiq olaraq 60 milyon 803 min manat və ya 55 milyon 515 min manat kredit ayrılıb. Kreditlərin həcminə görə sonrakı yerləri Ağcabədi - 37 milyon 837 min manat və Sumqayıt – 31 milyon 598 min manat – tutur.
Bankın vaxtı keçmiş kreditlərinin məbləği 53 milyon 913 min manat (ümumi kredit portfelinin 3,13%-i), qeyri-standart kreditlərinin cəmi isə 180 milyon 204 min manat (kredit portfelinin 10,47%) təşkil edir.
Qeyri-standart kreditlərdə qeyri-qənaətbəxş kreditlər 154 milyon 256 milyon manat (kredit portfelinin 8,96%-i), təhlükəli kreditləri 1 milyon 868 min manat (0,11%,) ümidsiz kreditləri isə 20 milyon 080 min manat (kredit portfelinin 1,40%-i) təşkil edir.