Bank

22 bankın kredit portfeli artıb, 8-nin azalıb - SİYAHI

22 bankın kredit portfeli artıb, 8-nin azalıb - SİYAHI | FED.az
09:22 6 Mart 2019

Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 8-nin kredit portfeli illik müqayisədə azalıb.

FED.az xəbər verir ki, bunlar "Azərbaycan Sənaye Bankı", "Azərbaycan Beynəlxalq Bankı", "AFB Bank", "Atabank", "AGBank", "Nikoyl Bank", Pakistan Milli Bankının Bakı filialı və "Bank VTB Azərbaycan"dır. Ən çox azalma "Bank VTB Azərbaycan"da (82,4%), ən az azalma isə "Azərbaycan Sənaye Bankı"na (4,2%) qeydə alınıb.

Qalan 22 bankın isə kredit portfeli artıb. Ən yüksək dinamika "Bank Respublika"da (54,5%), ən aşağı dinamika isə "Bank of Baku"da (1,4%) qeydə alınıb.

Eləcə də bax: Hansı banka qoyulan depozit ən çox gəlir gətirir? - SİYAHI

4 bankın kredit portfeli 1 milyard manatdan çoxdur

Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün kredit portfeli 1 milyard manatdan çoxdur.

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 679,975 milyon manat), "Xalq Bank" (1 350,303 milyon manat), "PAŞA Bank" (1 320,893 milyon manat) və "Kapital Bank"dır (1 291,384 milyon manat).

Qalan 26 bankdan 2-nin kredit portfeli 500 milyon manat - 1 milyard manat arasında, 19 bankın kredit portfeli 100-500 milyon manat arasında, 3 bankın kredit portfeli 10-100 milyon manat arasında, 2 bankın kredit portfeli isə 10 milyon manatdan azdır. Bunlar Pakistan Milli Bankının Bakı filialı (937 min manat) və İran Milli Bankının Bakı filialıdır (3,578 milyon manat). 

Digər xəbərlər